Daş dövrünə QAYIDIŞ, ABŞ kəşfiyyatının BİLMƏDİKLƏRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Daş dövrünə QAYIDIŞ, ABŞ kəşfiyyatının BİLMƏDİKLƏRİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 14 Dekabr 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iddialarına cavab verib. Ermənistanda terror aktları həyata keçirməyi planlaşdıran şəbəkə ifşa edilib. İsrail Livanı “daş dövrünə çevirməklə” hədələyib. ABŞ-ın vitse-prezidenti Maykl Pensin İsrailə planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı keçirilib.Ukraynanın energetika şirkətlərinə yeni kiberhücumlar hazırlanır.

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iddialarına cavab verib. Nalbandyan Türkiyə və Ermənistan arasında 2019-cu ildə Sürixdə imzalanan protokolların təsdiq edilməməsinə görə Türkiyəni günahlandırıb.

Türkiyə XİN Nalbandyanın iddialarının həqiqətə uyğun olmadığını açıqlayıb.

Türkiyədən Ermənistana TƏRS ŞİLLƏ: Qarabağı azad edin, Xocalının cavabını verin, SONRA...

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində terror aktları həyata keçirməyi planlaşdıran şəbəkəni ifşa edib. Bu haqda qurumun mətbuat mərkəzindən bildirilib.

Həyata keçirilən axtarış və istintaq tədbirləri nəticəsində aydın olub ki, ABŞ vətəndaşı, milliyyətcə erməni olan R.K. 2017-ci ilin sentyabrında Feysbuk sosial şəbəkəsində “Martin Avagyan” adlı səhifə açıb. Məlumata görə, səhifədə "Ədalət döyüşçüləri" qrupu, qrupun strategiyası, tərkibi, təhlükəsizlik və məxfilik qaydaları haqqında materialların dərc edildiyi müəyyənləşdirilib.

Amerika ermənisi Ermənistanı qan gölünə çevirmək istəyirdi - DETALLAR

S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması barədə Rusiya və Türkiyə arasında yekun razılaşma bu həftə imzalana bilər. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.

“Çatdırılma ilə bağlı hər hans problem yoxdur. Yalnız müəyyən detallar qalıb. Onlar tamamlandıqdan sonra, bəlkə də bu həftə razılaşma imzalanacaq”, - o bildirib.

Çavuşoğlu rus əsgərlərinin Türkiyədə yerləşdiriləcəyi barədə xəbərləri təkzib edib:

“S-400-lərin qurulması və istifadə edilməsi ilə əlaqədar hərbi və mülki mütəxəssislərimizi hazırlayacağıq. Bu işdə ehtiyac yaranacağı halda, Rusiyadan da gələcəklər. Lazımı işləri gördükdən sonra geri dönəcəklər. Bu, Rusiyanın Türkiyəyə hərbçilərini yerləşdirməsi anlamına gəlmir. Bu, yalnız texniki işdir”.

İran Livanda müasir raket mərkəzi qurur. Bu haqda Səudiyyə Ərəbistanın xəbər portalı “Elaph”a müsahibəsində İsrailin Kəşfiyyat naziri Yisrael Katz bildirib.

“İran Livanda müasir raket mərkəzi inşa edir. Bu, bizim “qırmızı xətt”imizdir. Nəyin bahasına olursa-olsun, buna icazə verməyəcəyik. Hərbi müdaxilə ilə buna mane olacağıq, eynilə Suriyada olduğu kimi. Daha geniş və güclü bir hücum olacaq, bu dəfə bütün Livan hədəf alınacaq”, - o bildirib.

“Ölkəni daş dövrünə qaytaracağıq!” – İsraildən MÜHARİBƏ ELANI

ABŞ-ın vitse-prezidenti Maykl Pensin İsrailə planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. İsrail mediasının yazdığına görə, səfərin ABŞ Konqresində vergi islahatı ilə bağlı müzakirələrlə əlaqədar təxirə salındığı bildirilir.

Daha əvvəl isə Fələstin lideri Mahmud Abbas Maykl Penslə görüşməyəcəyini açıqlayıb.

Rusiyanın taktik nüvə silahının arsenalını müasirləşdirməsi və genişləndirməsi ölkənin nüvə müharibəsinə hazırlaşdığını göstərir. Bu haqda “The Washington Free Beacon” nəşrinə ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) anonim mənbələr bildiriblər.

Rusiya kosmosda nüvə müharibəsinə hazırlaşır - Pentaqon Moskvanın PLANINI AÇDI

Bu gün Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı keçirilib.

Putindən SƏRT BƏYANAT: “Bu, Ukrayna xalqının üzünə tüpürməkdir”- CANLI YAYIM - YENİLƏNDİ

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynanın "Kanal 24” televiziyasının efirində çıxışı zamanı Odessa şəhərinin meri olmaq istədiyini bildirib. Saakaşvili deyib ki, fikrində ciddidir və qətiyyən zarafat etmir. O, Ukraynanı 70 günə əvvəlkindən də yaxşı vəziyyətə gətirəcəyinə söz verib.

Saakaşvili son qərarını açıqladı: "Qətiyyən zarafat etmirəm" - VİDEO

Ukrayna hökuməti məndən bütün vasitələrlə yaxasını qurtarmaq istəyir. Bunu “Nyusvan” televiziyasına müsahibəsində Mixail Saakaşvili söyləyib.

“Dünən baş prokuror dedi ki, biz onu həbs edə biləriK, amma o özü istəsə, ölkədən gedə bilər. Əgər o getməsə, biz onu Gürcüstana ekstradisiya edəcəyik. Siz haradasa belə hüquqi presedent görmüsünüzmü? Bununla onlar mənə demək istəyirlər ki, əgər böyük bəlaya düşmək istəmirsənsə, biz sənə Niderland və hətta Maldivlərə də bilet alacağıq, amma 2019-a qədər bizi rahat burax”, – deyə o bildirib.

Ukraynanın energetika şirkətlərinə yeni kiberhücumlar hazırlanır. Bu haqda “Dragos” şirkətinin rəhbəri Robert Liyə istinadən ABŞ-ın “The Atlantic” nəşri yazıb.

Daha əvvəlki iki kibethücumla bağlı tədqiqat aparan şirkət rəhbərinin sözlərinə görə, son həftələrdə yüksək fəallıq müşahidə olunur.

“Bizim qiymətləndirmələrimizə görə, kiberhücumun bu ay həyata keçirilməsi tamamilə məntiqli olardı”, o xəbərdarlıq edib.

Ukraynaya yeni genişmiqyaslı hücum hazırlanır - ABŞ şirkətindən XƏBƏRDARLIQ

ABŞ dənizdən bizi mühasirəyə almağa cəhd edərsə şiddətli müdafiə tədbirləri görməyə məcbur olacağıq. Bu sözləri Şimali Koreyanın Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsi deyib.

O bildirib ki, bu addım müharibəyə təşviq kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, ABŞ mediası prezident Donald Tramp administrasiyasının Şimali Koreyanı dənizdən mühasirəyə almaq planları üzərində çalışdığını bildirmişdi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/224311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR