"Mercedes"in texniki direktoru: "Massa Azərbaycanda qalib gələ bilərdi"

"Mercedes"in texniki direktoru: "Massa Azərbaycanda qalib gələ bilərdi"
08:47 15 Dekabr 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ "Formula-1"in Bakı Qran-prisi zamanı Felipe Massanın maşınında sırğa qıırılmasaydı, o, yarışı qalib kimi başa vurardı.
“Report” "f1report.ru"ya istinadən xəbər verir ki, bu sözləri "Mercedes" komandasının texniki direktoru Paddi Lou deyib.
“Bakıda keçirilən yarışdan dərhal sonra, mən anladım ki, Massa qalib gələ bilərdi. Felipenin şansı var idi, lakin, təəssüf ki, onun bolidində sırğa qırıldı. Heyif ki, hər şey belə alındı”, - deyə o əlavə edib.
Xatırladaq ki, Massa bolidində problem yaranana qədər sonda qələbə qazanan Rikardodan öndə idi.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/mercedes-in-texniki-direktoru-massa-azerbaycanda-qalib-gele-bilerdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR