Ərdoğanın sözçüsü: "İƏT-in sammiti ABŞ-ın Qüdslə bağlı qərarına cavab deyil"

Ərdoğanın sözçüsü: "İƏT-in sammiti ABŞ-ın Qüdslə bağlı qərarına cavab deyil"
11:52 15 Dekabr 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması barədə qərarın qəbul edildiyi İslam Əməkdaşlıq Təşkilatının sammitinə ABŞ-ın Qüdslə bağlı qərarına cavab qismində baxmaq lazım deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O qeyd edib ki, əksər müsəlman ölkələri, o cümlədən Türkiyə Şərqi Qüdsü Fələstinin paytaxtı olduğunu qəbul edir: "Şərqi Qüdsdə Türkiyə konsulluğu da fəaliyyət göstərir".

Xatırladaq ki, dekabrın 13-də İstanbulda İƏT-in Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/608202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR