Şəhid anası oğlunu son mənzilə yola saldı

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu bu gün dəfn olunub.

Məlumata görə, şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. Şəhid yaylım atəşi ilə son mənzilə yola salınıb.

Metbuat.az şəhidin dəfnindən olan fotoları təqdim edir.

Qeyd edək ki, F. Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Ailəlidir, iki oğlu var.

Binadakı yanğın söndürüldü - 25 nəfər təxliyə olundu / VİDEO – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR