"Qəbələ" Azərbaycan Kubokunda yarımfinala yüksəlib

"Qəbələ" Azərbaycan Kubokunda yarımfinala yüksəlib
18:02 15 Dekabr 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanan komandaların sayı üçə çatıb.
"Report" xəbər verir ki, "Qəbələ" "Keşlə" və "Neftçi"nin ardından bu hüquqa yiyələnib.
Qəbələdə baş tutan 1/4 final mərhələsinin ilk matçında "Səbail"i bir cavabsız qolla məğlub edən "qırmızı-qaralar" cavab görüşündə də qələbə qazanıblar - 4:2.
Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv yarımfinalda "Neftçi" ilə qarşılaşacaq.
Qeyd edək, son yarımfinalçı bu gün saat 19:00-da start götürəcək "Sumqayıt" - "Qarabağ" duelində müəyyənləşəcək. İlk görüşdə ağdamlılar 2:1 hesabı ilə qələbə qazanıblar. Bu cütün qalibi yarımfinalda "Keşlə"yə rəqib olacaq.
Yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.
Azərbaycan Kuboku 1/4 final, cavab oyunu 15 dekabr (cümə)
"Səbail” - "Qəbələ” 2:4 
Qollar: Adrian Popoviçi, 16. Elman Taqayev, 78 - Filip Ozobiç, 22. Ruslan Qurbanov, 44. Famussa Kone, 56. Baqali Dabo, 75 
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev 
AFFA nümayəndəsi: Elçin Məmmədov 
Hakim-inspektor: Məhəmməd Məmmədov 
Bakı. "Bayıl Arena”

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-azerbaycan-kubokunda-yarimfinala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR