“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bankın sədri Elvira Nabiullina bildirib.
“Biz baza ssenarisində 2018-ci il üzrə neftin qiymətini qaldırmışıq. OPEC-in son vaxtlar əldə etdiyi razılığı nəzərə alaraq, gələn il neftin qiyməti üzrə proqnozu 44 dollar/barel əvəzinə bu ilin orta göstəricisinə yaxın - 55 dollar/barelə qədər artırmışıq. Bununla belə, ortamüddətli perspektivdə mühafizəkar yanaşmadan imtina etmək üçün əsasımız yoxdur”, - deyə o əlavə edib.