ABŞ ordusu "uçan boşqab"ları araşdırır

ABŞ ordusu "uçan boşqab"ları araşdırır
16:09 17 Dekabr 2017
189 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Müdafiə Nazirliyi uzun illər uçan naməlum obyektləri (UNO) gizli şəkildə araşdırıb.

 

APA-nın məlumatına görə,  "The New York Times" və "Politico" nəşrləri Pentaqonun 2007-ci ildən 2012-ci ilə qədər ümumi hərbi büdcədən hər il məxfi "Hava və kosmik məkanda təhdidlərin aşkarlanması üzrə Proqram"a 22 milyon dollar ayırdığını yazıblar.

 

Məxfi proqramın maliyyələşdirilməsi 2012-ci ildə hərbi büdcəyə qənaət məqsədi ilə dayandırılıb. Ancaq Pentaqon əməkdaşları proqramın maliyyələşdirilməsinin dayandırılmasından sonra da UNO ilə bağlı materialların araşdırılmasını davam etdiriblər.

 

Məxfi "Hava və kosmik məkanda təhdidlərin aşkarlanması üzrə Proqram"ın 2007-ci ildə Senatdakı demokratlar çoxluğunun lideri Harri Ridin təşəbbüsü ilə həyata keçirilməyə başladığı məlum olub. Layihəyə hərbi kəşfiyyatın əməkdaşı Luis Elizodo rəhbərlik edib. Maliyyənin əksəriyyəti milyarder Robert Biqelou və dostu Harri Ridin başçılıq tədqiqat mərkəzinə ayrılıb. R. Biqelou bu ilin mayında CBS telekanalına müsahibəsində UNO-ların mövcudluğuna və onların Yer kürəsinə ziyarət etdiklərinə inandığını bəyan edib. R. Biqelounun tədqiqat mərkəzinin arxivində müxtəlif UNO-lar, o cümlədən yüksək sürətlə hərəkət edən və görünməyən təyyarə ilə bağlı materiallar saxlanılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR