Kaka futbolçu karyerasını rəsmən başa vurub

Kaka futbolçu karyerasını rəsmən başa vurub
21:37 17 Dekabr 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Braziliyalı yarımmüdafiəçi Kaka futbolçu karyerasını rəsmən başa vurub.
"Report"un məlumatına görə, bu barədə 35 yaşlı oyunçunun özü TV Globo-nun efirində açıqlama verib.
"Son sözüm budur ki, peşəkar karyeram başa çatdı", - deyə "sambaçı" bildirib.
Kaka Braziliyanın "San Paulu", İtaliyanın "Milan", İspaniyanın "Real Madrid" və ABŞ-ın "Orlando Siti" komandalarında forma geyinib. O, 2002-ci ildə dünya çempionu, 2007-ci ildə isə "Qızıl top"un sahibi olub. 2002 - 2016-cı illərdə Braziliya millisinə çağırılmış ulduz futbolçu 92 oyuna 29 qol vurub. Kakaya daha əvvəl "Milan"da direktor vəzifəsi təklif olunsa da, o, hələ yekun qərarını verməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kaka-futbolcu-karyerasini-resmen-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR