Səfirlik əməkdaşına təcavüz etdilər

Böyük Britaniyanın Beyrutdakı səfirliyinin əməkdaşının meyiti tapılıb.

Metbuat.az-ın məlumatına görə, Livan polisi bildirib ki, paytaxt Beyrutun şimal-şərqindəki Metn bölgəsində avtomobil yolunun yaxınlığında qadın meyiti tapılıb. Ölən şəxsin Britaniyasəfirliyinin əməkdaşı, 30 yaşlı Rebeka Daykes adlı qadın olduğu məlum olub.

Britaniya Xarici İşlər Nazirliyi də hadisəni təsdiqləyərək bildirib ki, məsələ ilə bağlı Livan rəsmiləri ilə daimi əlaqədədilər. Livan mətbuatında yayılan xəbərə görə, ekspertiza nəticəsində müəyyən edilib ki, qadına əvvəlcə təcavüz edilib, daha sonra boğularaq öldürülüb.

Qadının ailəsi bildirib ki, hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparılır. Daha əvvəl İraq və Liviyada fəaliyyət göstərən Daykes, 2017-ci ilin yanvarından Livandakı Böyük Britaniya hökumətinin Beynəlxalq İnkişaf İdarəsində çalışıb.

Günay Elşadqızı / METBUAT.AZ

İŞİD terrorçuları kilsəyə hücum etdi - 9 ölü, 50 yaralı var



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR