Fransa prezidenti Emmanuel Makron qatıldığı verilişdə gündəmə aid sualları cavablandırıb.
Metbuat.az-ın məlumatına görə, vəzifəyə başladığı iyun ayından indiyə qədər ikinci dəfə dövlət televiziyasına çıxan Makron, beynəlxalq arenada yeni bir liderliyin inkişaf etdirilməsinin lazım olduğunu bildirib.
Proqramda Suriya və Yaxın Şərqdəki məsələlərə toxunan Makron, Bəşər Əsədin vəzifəsini davam etdirəcəyini bildirib. Buna səbəb isə Rusiya və iranın ona dəstək verməsidir:
“Əsəd, suriyalıların düşmənidir, mənim düşmənim isə İŞİD-dir”. Makron bildirib ki, Əsəd öz xalqı və beynəlxalq hüquq qarşısında cavab verəcək.
Qeyd edək ki, Makron, ötən həftə verdiyi açıqlamada, Fransa ordusunun beynəlxalq koalisiya çərçivəsində 2015-ci ilin sentyabrdan bu yana davam edən Suriya əməliyyatını sona çatdıracağını qeyd edib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi cümə axşamı günü Suriyanın“İŞİD-dən təmizləndiyini açıqlayıb.
Günay Elşadqızı / METBUAT.AZ
Səfirlik əməkdaşına təcavüz etdilər - Boğub öldürdülər / FOTO