İranın paytaxtı Tehranda hava çirkliliyinin yüksək səviyyəyə çatması səbəbindən məktəblər bağlanıb.
Metbuat.az-ın məlumatına görə, bu barədə İranın rəsmi “IRNA” agentliyi xəbər yayıb. Məlumata görə, Tehranın Hava Çirkliliyini İzləmə və Təcili Vəziyyəti Koordinasiya Komitəsinin qərarı ilə Tehranın şərqindəki Feyruzkuh, Demavend və Perdis bölgələri istisna olmaqla, digər yerlərdə məktəblərdə tətil elan edilib.
Komitə tərəfindən açıq havada təşkil edilməsi planlaşdırılan idman müsabiqələri ləğv edilib və mağazaların bağlanması, qadın işçilərə işə gəlməmək üçün icazə verilməsi tövsiyə edilib. Məlumata görə, əhali sıxlığı və köhnə model avtomobillər, motosikletlər Tehranda hava çirkliliyinin artmasına səbəb olur.
Günay Elşadqızı / METBUAT.AZ