Xarici işlər nazirlərinin görüşü olacaq

Dekabrın 20-də Bakıda Türkiyə-Azərbaycan-İran xarici işlər nazirlərinin beşinci iclası keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Türkiyə-Azərbaycan-İran XİN rəhbərlərinin üçtərəfli görüşü qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, regiondakı sülh, sabitlik və təhlükəsizlik məsələlərinə böyük töhfə verəcək.

Görüşdə üç ölkə ilə bağlı ümumi məsələlərdə regional əməkdaşlığın inkişaf imkanları barədə fikir mübadiləsi aparılacaq və əvvəlki iclaslarda qəbul edilən qərarlara baxılacaq.

Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycan və İran XİN rəhbərləri ilə də ikitərəfli danışıqlar aparacağı nəzərdə tutulub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR