İsrail qırıcıları Qəzzanı bombaladı

İsrail qırıcıları Qəzzə zolağında "Həmas"ın hərbi qanadı olan "İzəddin əl-Qəssam Tuqayları"na aid 3 bazanı vurub.

Metbuat.az xəbər verir ki, hava hücumu Qəzzə zolağının cənub-qərbində yerləşən əl-Bahriyyə, Aşkelon qapısı və əl-Vaha olaraq tanınan 3 əraziyə gerçəkləşdirilib.

İlkin məlumatlara görə, insan tələfatı qeydə alınmayıb.

İsrail polisi Qəzzadan atıldığı iddia olunan iki raketdən birinin Aşkelon bölgəsindəki boş əraziyə düşdüyünü, hadisə zamanı ölü və yaralıların olmadığını deyib. Bu gün gerçəkləşdirilən hava hücumlarının da buna cavab olduğunu bildirib.

Aysel Yaqubqızı / Metbuat.az

İraqda 450 nəfər dəri xəstəliyinə tutulub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR