Azərbaycan milli mətbəxinin dadlı yeməklərindən biri göy qutabıdır.
Metbuat.az yeməyin hazırlanma qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
4-5 stəkan un
1 yumurta
1 ç/q duz
İlıq su
Zövqə görə sarıkök əlavə etmək olar
Yuxa üçün:
4-5 x/q un
İçlik üçün:
10 dəstə göyərti (keşniş, şüyüd, ispanaq, göy soğan, nanə, sarımsaq, cəfəri, turşəng, kəvər, cincilim və s.)
Zövqə görə duz
Qutabın aralarına sürtmək və qızartmaq üçün:
Kərə ya da bitki yağı
Üzəri üçün:
Sumaq (zövqə görə)
Qatıq
Hazırlanmasına gəldikdə, unu qaba ələyin. Ortasına yumurta, su əlavə edib qaşıqla qarışdırın. Sonra normal xəmir yoğurun. Xəmiri balaca hissələrə bölüb kündəliyin. Üstünü örtüb qurumaması üçün salafan taxın. İçliyi hazırlayın. Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayın. Doğranmış göyərtiyə duz səpib qarışdırın.
Kündənin birini götürüb un səpib nazik yuxa yayın. Yuxanın yarı hissəsinə içlikdən qoyub iki qatlayın və yanlarını bərkidin. İsti sacın üzərinə qoyub hər iki tərəfini qızardın. Bu şəkildə bütün qutabları bişirin.
Nuş olsun!