2017-ci ildə Afrikanın ən yaxşı oyunçusu mükafatına iddia edən 3 futbolçu müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunlar Məhəmməd Salah ("Liverpul", Misir), Sadyo Mane ("Liverpul", Seneqal) və Pyer-Emerik Obameyanqdır ("Borussiya Dortmund", Qabon). Mükafatın təqdim olunma mərasimi dekabrn 25-ə planlaşdırılır. Bir neçə gün öncə Salah "BBC"nin versiyasında Afrikanın ən yaxşı futbolçusu seçilmişdi.
1992-ci ildən təqdim olunan mükafatın son qalibi Əlcəzair millisi və "Lester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez olub. Hazırki finalçılardan Obameyanq 2015-ci ildə "Afikanın ən yaxşı futbolçusu" adına layiq görülüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində