“Haqq-ədalətlə bağlı iddialarınız varsa, obyektiv araşdırmaları ortaya qoyun”

“Təəssüflər olsun ki, Qərbdə bir sıra mətbu orqanları son 2-3 onillikdə özlərini beynəlxalq münasibətlərin aktorları kimi aparmağa başladılar. Özü də çox çox məkrli və qərəzli aktor kimi. Onlardan biri də “Financial Times”-dır”.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov Tvitter hesabında açıqlama yayıb.

PA rəsmisi deyib: “Amma bir həqiqəti anlamağın vaxtı çatıb ki, yalan, böhtan, qərəzli məlumatlar yaymaqla məşğul olan mətbu orqan artıq mətbu orqan olmaq missiyasını itirir. “Financial Times” şübhəsiz bu sıradadır və bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə onun da məsuliyyəti var.

Əgər həqiqətən də sizin haqq-ədalətlə bağlı iddialarınız varsa, son 20-30 ildə dünyanın müxtəlif ölkələrində yüz minlərlə günahsız insanın həlak olması ilə bağlı obyektiv araşdırmaları ortaya qoyun! Gücünüz çatmır, yoxsa... illərlə problemi ilə məşğul olduğunuz Yaxın Şərqi “xoşbəxt etdiniz”?”

Novruz Məmmədov bildirib ki, Azərbaycana bir dəfə də olsun səfər etməyən, reallıqlardan xəbəri olmayan, Yaqland haqqında onun ölkəsində yayılmış məlumatlara göz yuman bu iki üzdəniraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hiss edirlər

“Bu, çirkin maraqlara xidmət edir" - Əli Həsənov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR