Terrorun dini yoxdur

Terrorun dini yoxdur
04:36 10 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki Mun Fransada terrorçuların məhv edilməsi xəbərini eşitdikdə rahat olduğunu dilə gətirib.

ANS PRESS-in məlumatına görə, BMT Baş katibi Ban Ki Mun cinayətkarların, terrorçuların heç bir dinə sahib olmadığını bildirib.

Ban Ki Mun bəyan edib ki, Fransada baş verən cinayət hadisəsi əsil terror aktıdır. Lakin bunun dinlə heç bir əlaqəsi yoxdur. BMT Baş katibi bundan əvvəl verdiyi açıqlamada terrorçuların yaxalanaraq insanlıq adına ədalətə təslim edilməsinin vacibliyini vurğulamışdı.

Ban Ki Mun hamını dini dözümlük göstərməyə çağırıb: “Əminəm ki, belə qaranlıq bir vaxtda Fransada azadlıq və tolerantlıq işığı yanmağa davam edəcək.”

Sonda Ban Ki Mun Fransanın BMT missiyasına başsağlığını çatdırıb.

Qeyd edək ki, terrorçular Dammarten şəhərində təhlükəsizlik orqanlarının həmləsi nəticəsində öldürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR