Terrorçu qardaşlarla əlaqəli insanlar həbs edilib

Terrorçu qardaşlarla əlaqəli insanlar həbs edilib
06:11 10 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada son terror aktı ilə əlaqədar 16 nəfər həbs edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə cümə günü Parisin baş prokuroru Fransua Mollen bildirib.

Onun sözlərinə görə söhbət “Şarli Hebdo” jurnalı redaksiyasında terror törətmiş, çoxlu sayda insan öldürən Kuaşi qardaşları ilə bu və ya digər şəkildə əlaqəli olan adamlardan gedir.

Fransua Mollen eləcədə bildirib ki, mağazanın tutulması vaxtı girovlardan heç biri həyatını itirməyib. “4 girov əməliyyatdan əvvəl öldürülüb”- deyə o bildirib.

Paris rokurorunun dediyinə görə Şərif Kuaşi 2011 Yəməndə yaşayıb. O burada “Ə-Qaidə” beynəlxalq terror təşkilatının digər fəalları ilə əlaqəda olub. Digər terrorçu Kupibalini bu məsələyə sövq edən məhz Şərif Kuaşi olub. Kupibali isə öz növbəsində daha əvvəl Suriya və İraqda fəaliyyət göstərən İŞİD-lə əlaqəli olduğunu etiraf etmişdi. Eləcədə Kupibali öz hərəkətlərini Kuaşi qardaşları ilə əlaqəli olduğunu deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR