Cənubi Koreyanın paytaxtında dünəndən davam edən yağışlı və dumanlı hava şəraiti ölkənin əsas giriş qapısı olan İnçon beynəlxalq hava limanında uçuşların ləngiməsinə səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yerli vaxtla saat 18:00-dək (Bakı vaxti ilə 13:00) 239 xarici və 309 daxili reys gecikib, 12 reys isə ləğv edilib.

Aeroport rəsmiləri dünən eyni səbəbdən 468 uşuçun gecikdiyini, 58-nin isə ləğv edildiyini bildiriblər. Nəticədə hava limanının gözləmə zallarında sərnişin sıxlığı yaranıb. Bununla əlaqədar xüsusi qərargah yaradılıb, gecikən reyslərin sərnişinləri döşək, ədyal və pulsuz yeməklə təmin edilib.

Milli.Az