Qvatemala ABŞ-dan sonra Qüdsü İsrailin paytaxtı tanıyan ilk ölkə olub.

Metbuat.az-ın məlumatına görə, Qvatemala prezidenti Cimmi Morales ölkəsinin İsraildəki səfirliyini Qüdsə köçürmək üçün lazım olan təlimatı verdiyini açıqlayıb. Morales Facebook hesabından bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra bu qərarı verib və hazırlıqlara başlayıb: “Bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbət etmişik. Əsas məsələlərdən biri Qvatemalanın səfirliyinin Qüdsə köçürülməsi olub. Artıq Xarici işlər nazirinə bu məsələ ilə bağlı öz göstərişlərimi vermişəm”.

Günay Elşadqızı / METBUAT.AZ

QÜDS: Bu şəhəri müqəddəs edən nədir? - 52 hücum, 23 işğal...