Dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, görüş 2017-ci ildə Rusiyanın bu quruma sədrliyinin yekunlarına həsr olunacaq.

Görüş zamanı müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf məsələləri müzakirə olunacaq. /Trend/