Milli.Az axşam.az-a istinadən bu il ən çox albomu satılan məşhurların adını açıqlayır:

Siyahıya "10" adlı albomu ilə Tarkan başçılıq edir.

İkinci yerdə "Biraz Pop Biraz Sezen" albomu ilə Sezen Aksudur.

"Sonra dersin ki" adlı albomu ilə Koray Avcı 3-cü olub.

İyulda aramızdan ayrılan mərhum Harun Kolçakın ölümündən bir il əvvəl çıxardığı "Çeyrek Asır" albomu da çox satılanlar arasına daxil olduğu üçün 4-cü yerdə bərqərar olub.

Erol Evgin də "Altın Düetler" adlı albomu ilə siyahıda 5-ci yerdə gəlib.

Milli.Az