Bu il keçirilən "Altın Kelebek"də ilin mahnısı seçilən Tarkanın "Beni Çok Sev"inin oğurluq olduğu iddia edilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, mahnı çıxar-çıxmaz ondan bir ay sonra müğənni Cem Özkan 2013-cü ildə oxuduğu "Olmayacak Bir Hayal"dan götürüldüyünü söyləmiş və bununla bağlı məhkəməyə müraciət etmişdi.

Məhkəmə musiqilərin girişinin həqiqətən də eyni ölçülü olduğunu təsdiq etmiş, lakin həmin notların bir sıra mahnılarda yer aldığını bildirmişdi.

Bu gün isə sosial şəbəkə istifadəçiləri "Beni Çok Sev"in 30 il əvvəl Ayşe Minenin "Ellerim Uğurlar' adlı mahnı ilə eyni olduğunu qeyd ediblər.

İzləyicilər mahnının bəstəkarı Serkan İzzet Özdoğanı oğurluqda günahlandıraraq Tarkanın bundan xəbəri olmadığını bildiriblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İlin mahnısı oğurluq çıxdı - Tarkana şok - VİDEOTarkan - Beni Çok Sev

İlin mahnısı oğurluq çıxdı - Tarkana şok - VİDEOCem Özkan - Olmayacak Bir Hayal (Official Video)

İlin mahnısı oğurluq çıxdı - Tarkana şok - VİDEOAYŞE MİNE ELLERİM UĞURLAR