“Report” xəbər verir ki, bunu hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə 22.03-ə olan vəziyyətə görə, Nyu-Yorkun "Comex" birjasında qızılın fevral fyuçerslərinin qiyməti bir unsiyaya (31,1 qram) görə 3,7 dollar və ya 0,29% artaraq 1291,2 dollara çatıb.
Gümüşün mart fyuçerslərinin qiyməti bir unsiyaya görə 0,94% artaraq 16,75 dollara çatıb.
Dolların indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşı olan altı ölkənin valyutası səbətinə qarşı dolların məzənnəsi) bununla belə 0,25% azalaraq 93,03 bəndə düşüb.
Geosiyasi qeyri-müəyyənlik ənənəvi olaraq qızılın aid olduğu təhlükəsiz aktivlərə olan tələbatın artmasına rəvac verir.