Bu il 600-ə yaxın adam "qara siyahı"ya salınıb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Azərbaycanın "qara siyahı"ya daxil etdiyi şəxslərin sayını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, qurum rəsmisi bildirib ki, bu il 600-ə yaxın adamın adı işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər etdiyinə görə Azərbaycanın "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. Hikmət Hacıyevin sözlərinə görə, təxminən 10 nəfər il ərzində "qara siyahı"dan çıxarılmaları üçün Azərbaycana müraciət edib və onlardan bəziləri siyahıdan çıxarılıb.

Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin - toplantısı keçiriləcək


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR