Terrorun dini yoxdur

Terrorun dini yoxdur
10:05 10 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

BMT Baş katibi terrorçuların heç bir dinə sahib olmadığını bildirib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun Fransada terrorçuların məhv edilməsi xəbərini eşitdikdə rahat olduğunu dilə gətirib.

Anspress-in məlumatına görə, BMT Baş katibi Pan Gi Mun cinayətkarların, terrorçuların heç bir dinə sahib olmadığını bildirib.

Pan Gi Mun bəyan edib ki, Fransada baş verən cinayət hadisəsi əsil terror aktıdır. Lakin bunun dinlə heç bir əlaqəsi yoxdur. BMT Baş katibi bundan əvvəl verdiyi açıqlamada terrorçuların yaxalanaraq insanlıq adına ədalətə təslim edilməsinin vacibliyini vurğulamışdı.

Pan Gi Mun hamını dini dözümlük göstərməyə çağırıb: “Əminəm ki, belə qaranlıq bir vaxtda Fransada azadlıq və tolerantlıq işığı yanmağa davam edəcək”.

Sonda Pan Gi Mun Fransanın BMT missiyasına başsağlığını çatdırıb.

Qeyd edək ki, terrorçular Dammarten şəhərində təhlükəsizlik orqanlarının həmləsi nəticəsində öldürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR