"Real Madrid"in qapıçısı Keylor Navasın həyatından bəhs edən film təqdim olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper həyat yoldaşı ilə birlikdə Kosta-Rikada keçirilən təqdimat mərasimində iştirak edib. Filmdə Navasın doğma şəhəri Peres-Seldonla bağlı həyatı, karyerasının əsas mərhələləri və "Real"dakı çıxışı işıqlandırılıb.

Qapıçını kolumbiyalı aktyor Mett Markos canlandırıb. Çəkilişlər Kosta-Rika və İspaniyada baş tutub. Filmin Avropada nümayişinə 2018-ci ildən başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində