Ekvadorda 3 sərnişin avtobusu toqquşub.
Publika.az xəbər verir ki, hadisə Sakit okean sahilindəki şosedə qeydə alınıb. Qəza zamanı azı 2 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.
Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.