Ekvadorun BMT yanındakı nümayəndəsi prezidentə qarşı çıxaraq istefaya gedib
Paylaş
118 baxış·1 dəq oxu
Bakı. 5 yanvar. REPORT.AZ/ Ekvadorun BMT-də, Cenevrədəki daimi nümayəndəsi Qiyom Lonq öz vəzifəsindən istefa verib. "Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. Qeyd edilir ki, sabiq xarici işlər naziri ölkə prezidenti Lenin Morenonun siyasətinə etiraz əlaməti olaraq bu qərara gəlib.