Baham adalarında azyaşlı oğlan 4 akulanın hücumundan möcüzəvi şəkildə xilas oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücuma hazırlaşan yırtıcı balıqları dron operatoru görüb.

Onun lentə aldığı videoçarxda təhlükədən xəbəri olmayan uşağın yırtıcıların istiqamətində qaçdığı görüntülənib. Akulalar bir neçə saniyə ərzində ona yaxınlaşıb.

Vəziyyətin ciddiliyini anlayaraq operator oğlanı səsləyib və o son anda qaçaraq sahilə çıxmağa müvəffəq olub.

Məlumata görə, uşaq xəsarət almayıb.

Milli.Az