Dünyada ən bahalı olduğu deyilən arağın boş şüşəsi Danimarkadakı inşaat sahəsində aşkar olunub.
Kopenhagen barlarının birinə məxsus içkilər kolleksiyasında sərgilənən araq çərşənbə axşamı günü naməlum şəxs tərəfindən oğurlanmışdır.
Barda quraşdırılmış müşahidə kameralarının çəkdiyi videoda bara daxil olan şəxsin arağı götürüb qaçdığını görmək olar.
Russo-Baltique şirkəti tərəfindən istehsal olunan arağın qiyməti 1,3 mln. dollardır (2,2 milyon manat).
Arağın şüşəsi qızıl və gümüşdən hazırlanıb, onun qapağı brilyantlarla bəzədilib.
"Arağa nə olduğunu bilmirəm, lakin şüşə boş idi", - Kopenhagen polisinin sözçüsü Riad Tooba AFP agentliyinə deyib.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin