Müğənni həmkarını şəklini yaydığı üçün məhkəməyə verdi

Türkiyənin tanınmış müğənnisi Hande Yenerlə həmkarı Seren Serengilin davası daha da alovlanıb.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Seren onun çılpaq şəklini paylaşan Handeni məhkəməyə verib. O, həmkarından 100 min lirə (təxminən 50 min manat) təzminat tələb edib.

Handenin paylaşımı üzündən şəxsi həyatının gizliliyinin və məhrəmiyyətinin pozulduğunu bildirən Serengil həmkarının məqsədinin onu ictimaiyyətin gözündən salmaq olduğunu deyib.

Daha bir müğənni həmkarını  məhkəməyə verdi


23 yaşlı azərbaycanlı müğənni özünü qatarın altına atıb - VİDEO - Oxumaq üçün tıkla