ABŞ-ın bir çox bölgələrində havalara çox soyuyub. Hətta mülayim iqlimi ilə seçilən Şimali Karolinada belə, sular donub, hər tərəfi qar örtüb.

Şaxtalı, sazaqlı havalar, təbii ki, vəhşi heyvanlara da təsir edib. Belə heyvanlar arasında timsahlar da var.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Şimali Karolinadakı çaylarda, bataqlıqlarda və göllərdə yaşayan timsahlar havaların qəflətən həddən ziyadə soyumasının yaratdığı probelmlərdən "çıxış yolu" tapıblar.

Timsah suyun donacağını hiss edənlə dərhal "hazırlıq" prosesinə başlayır. O, burnunu sudan azca çıxarır və bu vəziyyətdə gözləyir. Su donmağa başlayanda timsah su səthindən yuxarıda qalan burnu ilə nəfəs alaraq yuxuya gedir.

Buz əriyəndə, havalar isinməyə başlayanda timsah ayılır.

Şimali Karolinadakı alliqatorların bu unikal "metod"u ilə " Shallotte River Swamp Park v Ocean Isle Beach"də daha tez-tez qarşılaşmaq olar.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin