Aparıcı müğənninin geyimini tənqid edib

Dünən "5/5"-in qonaqlarından biri müğənni Səidə Sultanın qısa şortu diqqət çəkib.

Metbuat.az xəbər verir ki, aparıcı Zaur Kamal " Deyirdi şortiklə gələcəm, gəldin ha...! Balaca da, böyük də efirə baxır, Səidə.”-deyib.

Müğənni səhnəyə girərkən qısa şortunun üstündən belini bağlayıb. Mahnı oxuyarkən açıb , oturarkən isə yenə də şərfi dizinin üstünə atıb. Zaur ifasından sonra şalı oturarkən ayaqlarının üstünə örtən Səidəyə "Niyə bu fasonda gəlirsən, üstünü də bağlayırsan hələ" sözləri ilə atmaca atıb. Müğənni “İynələmə Zaur” deyib aparıcının sözlərinə məhəl qoymayıb.

Səidə aparıcıya "Səhnə başqadır, oturanda ayıb sayılmır" cavabını verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR