Cavanşir Məmmədov sırqa taxanlara "Kişi ol" deyib

Son dəfə mediada prodüser Təranə ilə qalmaqalda adı hallanan əməkdar artist Cavanşir Məmmədov "Sayqa ilə bu axşam" verlişində sərt çıxışı diqqəti çəkib.

Metbuat.az xəbər verir ki, verilişin aparıcısı "Sırğa taxanlar, qaşların alanlardan niyə danışılmır ki?" sözləri ilə mövzuyla bağlı fikir bildirməsi üçün sənətkara sual edib.

Müğənni sırqa taxanlara acıqlı olduğunu bildirərək fikirini belə izah edib:

"Mən deyəcəm, daha bilmirəm ...! Biləsiniz, bəziləri deyir ki, "Nəsimi də sırğa taxıb". Sən Nəsimisən bəyəm, ya Füzulisən, ya Nizamisən? Sən sırğa taxırsansa, açıq-aşkar de ki, "Taxıram" və misal gətirmə. De ki, "Edirəm, yaxşı edirəm. Bu, mənim öz işimdir". Sən kimisə misal gətirmə. Sırğa taxmaq eyib deyil. Sırğa taxmaq günah deyil. Özün kişi olmalısan. 50 faizlik kişi olma, 100 fazilik kişi ol. İstəyirsən, sırğa tax, istəyirsən ... Qadın paltarı geyinmə bircə".

Sərdar Ortac illərdir küsülü qaldığı həmkarına jest etdi - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR