Neymarın “Real”dan ŞOK TƏLƏBLƏRİ - Ronaldo və Beyl...

Neymarın “Real”dan ŞOK TƏLƏBLƏRİ - Ronaldo və Beyl...
20:18 12 Yanvar 2018
211 İdman
Ölkə mətbuatı
A- A+

Uzun müddətdir adı “Real”la birlikdə hallanan Neymar klub prezidenti Florentino Peresə transfer olunmaq istədiyini bildirib.

Publika.az xəbər verir ki, o, klub prezidentinin qarşısına bir neçə şərt qoyub.

“Don Balon” qəzetinin verdiyi xəbərə görə, bunlardan biri Neymarın komandanın 1 nömrəsi olmaq şərtidir.

Neymar bu tələbi isə dolayısı ilə Kriştiano Ronaldo və Qaret Beyl kimi ulduzların “Real”dan getməsi deməkdir.

Qeyd edk ki, ötən mövsüm “Barselona”dan PSJ-yə 222 milyon avro qarşılığında transfer olunaraq bütün zamanların transfer rekordunu qıran Neymar yeni komandasında 22 matça çıxıb, 20 qol vurub və 14 məhsuldar ötürmə edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/227525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR