Rusiyadan ABŞ-a sərt etiraz -

ABŞ-ın Suriyada yeni ordu qurmaq barədə açıqlamalarına Rusiya sərt etiraz edib.

Metbuat.az-ın məlumatına görə, Moskva isə məsələ barədə Vaşinqtondan ətraflı açıqlama tələb edib. Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Vaşinqtonun yeni ordu qurmaq planları Suriyanın parçalanmasına yol aça bilər.

Qeyd edək ki, koalisiya qüvvələri Suriyada 30 min döyüşçüdən ibarət "Sərhəd təhlükəsizliyi qüvvələri" adlı ordu yaratmağa hazırlaşır. Ordunun əsasını PYD-YPG terrorçuları təşkil edəcək və onlar İraq, Türkiyə sərhədləri boyunca yerləşdiriləcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR