Kabilin mərkəzinə raket düşüb

Kabilin mərkəzinə raket düşüb
21:42 15 Yanvar 2018
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Əfqanıstanda naməlum şəxslər tərəfindən atılan raket Kabilin mərkəzinə düşüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyinə istinadən "TOLO News" telekanalı məlumat yayıb.
İdarə nümayəndəsi Nüsrət Rəhimi bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hələ ki, Əfqanıstanda fəaliyyət göstərən heç bir qruplaşma atəşə görə məsuliyyəti öz üzərinə götürməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kabilin-merkezine-raket-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR