3 nəfər maşının altında qalaraq ölüb

3 nəfər maşının altında qalaraq ölüb
12:59 16 Yanvar 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi ölkədə baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 15-də saat 21 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Şirvan şəhər sakini Mirceyhun Hüseynli idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Ruhuyə Abdullayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Dünən Bakının Suraxanı rayonunda da oxşar hadisə baş verib. Bülbülə qəsəbəsində Bakı şəhər sakini Şahvələd Allahyarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Zamiq Babayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Oxşar hadisə Gəncə şəhərində də baş verib. Şəhər sakini Zabit Xəlilov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Gülbəsti Cabbarovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Hər 3 faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR