“Fənərbağça” Robin van Persi ilə yollarını ayırıb

“Fənərbağça” Robin van Persi ilə yollarını ayırıb
16:57 19 Yanvar 2018
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubu futbolçu Robin van Persi ilə yollarını ayırıb.
“Report” “Fanatik”ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hollandiyalı forvard karyerasını vətənində, “Feyenoord” klubunda davam etdirəcək.
Qeyd edək ki, Robin van Persi 2015-ci ildə İngiltərənin “Mançester Yunayted” klubundan “Fənərbağça”ya keçib. O, İstanbul təmsilçisinin heyətində çıxdığı 87 matçda 36 qol vurub. “Feyenoord”un yetirməsi olan forvard 2004 – 2012-ci illərdə London “Arsenal”ının formasını geyinib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fenerbagca-robin-van-persi-ile-yollarini-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR