Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
İİTKM-də keçirilmiş iclasda Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, təfsilatlı Tədbirlər Planının layihəsi müzakirə edilib.
İclasda həmçinin strateji yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası zamanı qarşıya çıxa biləcək məsələlər və onların həlli, habelə tədbirlərin icrası ilə bağlı hesabatların tərtib edilməsinə dair fikir mübadiləsi aparılıb.