Fransa klubunda yeni baş məşqçi

Fransa klubunda yeni baş məşqçi
15:23 21 Yanvar 2018
75 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın 1-ci Liqasında mübarizə aparan "Bordeaux" yeni baş məşqçisini açıqlayıb.

Publika.az goal.az-a istinadən xəbər verir ki, "jirondistlər" Qustavo Poyetlə anlaşıb. Uruqvaylı mütəxəssisin son iş yeri "Shanghai Shenhua" olub.

O, qeyri-qənaətbəxş nəticələrə görə, 2017-ci ilin sentyabrında istefaya göndərilmişdi. Poyet "Bordeaux"da Joslen Quverenneki əvəzləyib. 45 yaşlı mütəxəssis 2016-cı ildən komandanın sükanı arxasında idi. Onun rəhbərliyi ilə klub ötən mövsüm çempionatı 6-cı sırada tamamlamışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR