Natodan Türkiyəyə dəstək MESAJI

Natodan Türkiyəyə dəstək MESAJI
18:23 21 Yanvar 2018
215 Dünya
Ölkə mətbuatı
A- A+

NATO Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı PYD/PKK/YPG-nin işğal etdiyi Suriyanın Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatına münasibət bildirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, NATO rəsmisi verdiyi açıqlamada bütün ölkələrin özünü müdafiə haqqının olduğunu söyləyib.

O, Türkiyənin qeyri-sabit bir regionda yerləşdiyini və terrorizmdən çox ciddi zərər gördüyünü qeyd edib:

"Bütün ölkələrin özünü müdafiə hüququ var. Əməliyyatın mütənasib şəkildə keçirilməsi mühüm əhəmiyyət daşıyır. Türkiyə əməliyyat haqqında NATO-dakı müttəfiqlərini əvvəlcədən məlumatlandırıb".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR