“Global petrol prices”: Azərbaycan dizel yanacağının ən ucuz satıldığı ölkələr sırasındadır

“Global petrol prices”: Azərbaycan dizel yanacağının ən ucuz satıldığı ölkələr sırasındadır
13:07 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan dünyada dizel yanacağının qiyməti ən aşağı olan ölkələr arasındadır.
“Report” bu barədə həftəlik yenilənən “Global petrol prices” saytına istinadən xəbər verir.
Ən son göstəricilərə görə, Azərbaycan dizel yanacağının qiyməti ən aşağı olan ölkələr arasında 8-ci sıradadır. Qeyd edək ki, hazırda Azərbaycanda dizel yanacağının 1 litrinin qiyməti 60 qəpik təşkil edir.

Dünya üzrə 1 litr dizelin orta qiyməti isə 1,03 dollar (1,75 manat) təşkil edir.
Dünyada dizel yanacağının ən baha satıldığı ölkə isə İslandiyadır. Burada dizel yanacağının qiyməti 1.97 dollar/litr (3,35 manat) təşkil edir:

Qeyd edək ki, Azərbaycan manatı ilə qiymətlər Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan 1 ABŞ dolları/1,7001 manat məzənnəsinə əsasən hesablanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/global-petrol-prices-azerbaycan-dizel-yanacaginin-en-ucuz-satildigi-olkeler-sirasindadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR