Vəkillər Kollegiyasına qəbul olunmaq üçün imtahan verməyə hazırlaşanların nəzərinə!
Metbuat.az bildirir ki, Vəkillərin İxtisas Komissiyasının məlumatına əsasən, bu gün saat 17:00-dan etibarən Dövlət İmtahan Mərkəzinin veb-saytından vəkilliyə namizədlər öz imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Buraxılış vərəqələrini çap etmək üçün hər bir namizəd veb-saytın (dim.gov.az) ana səhifəsinə daxil olaraq “Vəkillər Kollegiyası” bölməsində öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu daxil etməklə buraxılış vərəqsini “pdf” formatda saxlayaraq, onu çap edə bilər.
Qeyd olunmalıdır ki, vəkilliyə qəbul imtahanın yazılı test mərhələsi 28.01.2018-ci il tarixdə keçiriləcək. Namizədlər həmin gün səhər saat 09:00-dan gec olmayaraq buraxılış vərəqəsində qeyd olunan imtahan keçiriləcək ünvanda olmalıdırlar və özləri ilə mütləq şəkildə qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, qələmyonan, pozan və aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- imtahana buraxılış vərəqəsi.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Hər bir namizədin imtahandan ən azı bir gün əvvəl Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı “Namizədin yaddaş kitabçası” ilə yaxından tanış olması (http://eservices.dim.gov.az/brxvdq/yaddas_kitab.pdf) tövsiyə olunur