Azərbaycan millisinin sabiq futbolçusu Kosovo klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin sabiq futbolçusu Kosovo klubu ilə müqavilə bağlayıb
17:37 23 Yanvar 2018
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu Amit Quluzadə karyerasını Kosovonun “Drita” klubunda davam etdirəcək.
“Report” Qnilane təmsilçisinin rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlanılıb. Lakin sözləşmənin detalları barədə məlumat verilmir. Kosovo Super Liqasında çıxış edən “Drita” 18 turdan sonra 30 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Amit Quluzadə cari mövsümün ilk yarısını "Səbail”də keçirib və qış fasiləsində komandadan göndərilib. Orta sahə oyunçusu karyerası ərzində "Neftçi”, "Sumqayıt”, "Qəbələ”, "Rəvan”, eləcə də Türkiyənin "Kayseri Erciyesspor”, Portuqaliyanın "Atletiko” və Yunanıstanın AEL klublarının formasını geyinib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-sabiq-futbolcusu-kosovo-klubu-ile-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR