AŞPA tatarların Krımdan köçüb getməsinə yönələn siyasəti pisləyir

AŞPA tatarların Krımdan köçüb getməsinə yönələn siyasəti pisləyir
01:17 24 Yanvar 2018
81 Dünya
Ölkə mətbuatı
A- A+

Strasburq. 24 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Ukraynada müharibənin humanitar nəticələrinə dair qətnamə qəbul edilib.
"Report"un Fransa bürosunun məlumatına görə, qətnamədə 2067 saylı qətnamənin 2015-ci ildə qəbul edilməsindən keçən müddət ərzində Ukrayna ərazisində gedən silahlı münaqişə zamanı girov götürülən şəxslərin dəyişdirilməsi və ya azad edilməsi istiqamətində heç bir addım atılmamasından təəssüf hissi ifadə olunur.
Bundan əlavə, Assambleya Krımın demoqrafik tərkibinin dəyişdirilməsinə, habelə tatarların Krımdan köçüb getməsinə yönələn siyasəti pisləyib.
Sənəddə, həmçinin bildirilir ki, Ukraynada müharibə nəticəsində məcburi köçkün düşmüş insanların vəziyyəti dövlətin başlıca problemləri siyahısına daxil edilməlidir. Assambleya münaqişə tərəflərini itkin düşmüş insanların ailələrinə onları tapmaqda yardım etməyə çağırır.
Qətnamədə, həmçinin Rusiyaya Donetsk və Luqansk ərazisində fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmalara maliyyə və silah yardımı göstərilməsini dayandırmaq çağırışı edilib.
Qətnamə 66 nəfərdən 55 nəfəri lehinə, 10 nəfər bitərəf, əleyhinə 0 olmaqla qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/aspa-tatarlarin-krimdan-kocub-getmesine-yonelen-siyaseti-pisleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR