Tələbələrə SEVİNDİRİCİ XƏBƏR

Azərbaycanda 2017-ci ildə kreditlə tur təklif edən turizm şirkətlərinin sayı azalıb.

Buna səbəb, bankların bu tipli kreditlərlə bağlı atdığı addım və təklif olunan şərtlərdir.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az-a açıqlamasında müştərilərə bununla bağlı yeniliklərin təklif olunduğunu bildirib:

“Kreditlə tur satan turizm şirkətləri bu gün də mövcuddur. Amma biz, Fly.az olaraq daha düzgün çıxış yolu tapmışıq. Bizim şirkətdə müştərilər üçün tur və qiymət çeşidi çoxdur. Hətta əlaçı olmayan tələbə belə aldığı təqaüdlə bu imkanlardan yararlana bilər. Əsas çeşid bolluğudur. Bu da Fly.az-da mümkündür. Necə deyərlər, “Hər malın öz alıcısı var”.

Fly.az şirkəti müştərilərinə “Fly Card” - üzvlük kartı təklif edir. Şirkətə məxsus bu kartlar öz müştərilərinə bir sıra imkanlar yaradır. Belə ki, tur, aviabilet, transfer və s. alışı zamanı təyin olunmuş faiz dərəcələri müştərinin hesabına daxil olur. Toplanılan bonuslar istənilən xidmətdən istifadə zamanı müştərilərə endirimlər qazandırır.


Kartı necə əldə etmək olar?

“Fly Card”-ı xidmətlərimizdən istifadə etdiyiniz zaman könüllü şəkildə və tamamilə pulsuz olaraq əldə edəcəksiniz.

Bonuslar necə qazanılır?

Hər xidmətdən istifadə zamanı xidmətə uyğun təyin edilmiş 1-20% aralığında bonus xalları qazanmağınız mümkündür.

Hazırda “Fly Card”ın tək Fly.az-da deyil, gələcəkdə digər turizmə aid olan sahələrdə də aktiv olması, yığılan bonuların həmin sahələrdə də istifadə olunması üzərində işləyirik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycana turist axını sürətlənir - "Mart ayına qədər otellərdə yerlər bitib"- Oxumaq üçün TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR