Bu gün Azərbaycanda kreditlə sərfəli turlar təşkil edən turizm şirkətləri var. Səyahətə getmək istəyib, lakin nəğd pulu az olan şəxslər bu imkanlardan yararlanırlar.
Kredit turlarla bağlı bir neçə turizm şirkəti ilə əlaqə saxladıq. Məlum oldu ki, təklif olunan kreditlər turizm şirkətinin daxilində həyata keçirilir. Belə ki, səyatə getmək istəyən şəxslər şəxsiyyət vəsiqələri ilə birlikdə 3-6 ay öncədən şirkətə yaxınlaşır. Seçdiyi səyahətin pulunun 30%-ni nəğd şəkildə ödəyir. Qalan 70% isə 3-6 ay ərazində faizsiz, səyatə çıxamağa 10 gün qalana kimi ödəməlidir. Bu müddət ərzində qalan məbləğ ödənilməzsə, səyahət ləğv edilir. Bu zaman müştəriyə verdiyi pulun ilk 30% hissəsi qaytarılır. Yox, müştəri pulu tam şəkildə ödədiyi səyahəti ləğv etdirərsə, bu zaman ona yalnız otelin pulu qaytarılır. Rezerv edilmiş bilet və digər xidmətlərin pulu geri ödənilmir.
Bəzi turizm şirkətləri isə bu xidməti seçilmiş kredit kartları ilə həyata keçirir.
Qeyd edək ki, təklif olunan imkanlar yalnız xarici turlar üçün nəzərdə tutulur.
Xəyalə Məmmədova / METBUAT.AZ
Azərbaycana turist axını sürətlənir - "Mart ayına qədər otellərdə yerlər bitib" – Tıklayın!