Dağlıq Qarabağda RAZILAŞMA, səkkizinci CƏBHƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
169 baxış·5 dəq oxu
Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin
missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq
verib. Türkiyə ordusu və ASO “Zeytun budağı” əməliyyatını uğurla
davam etdirir.Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin
arasında telefon danışığı olub.ABŞ prezidenti Donald
Tramp prezident seçildikdən sonra ilk dəfə Konqresdə çıxış
edib.
Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin
missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq
verib. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Azərbaycan və Ermənistan sənədə prinsipial razılıq verdi – Moskva AÇIQLADI
Zaxarova Suriya münaqişəsinin nizamlanmasında uğurlu
hesab olunan Moskva-Ankara-Tehran formatının Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında oyanaya biləcəyi rola münasibət
bildirib.
"Suriya və Dağlıq Qarabağ münaqişələri tamamilə ayrı
mövzulardır. Hesab edirəm ki, bu münaqişələri bir-biri ilə
qarışdırmaq cəhdi yersizdir", - o bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa
münaqişənin bütün tərəflərini dinləmək yolunu davam
etdirəcək. Bu sözləri Fransa Prezidenti Emmanuel
Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının illik
ziyafətində çıxışı zamanı deyib.
Makron nitqində qondarma erməni soyqırımı və Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsinə də toxunub. Fransa Erməni
Təşkilatları Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və
Murad Papazyanın Makronu Dağlıq Qarabağı ziyarətə dəvət etməsinə
isə prezident belə cavab verib:
“Fransanın kompromis tərəfdarı olduğu Dağlıq Qarabağ
münaqişəsində status-kvo problemin həlli demək deyil. Ümid edirəm
ki, bir gün sizə dönəcəm və Qarabağ münaqişəsinin həll olunduğunu
söyləyəcəm”.
Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO)
Suriyanın Afrin bölgəsinfə həyata keçirdiyi “Zeytun budağı”
əməliyyatı çərçivəsində Raco mahalında məskunlaşma ərazisində
keçiriləcək ilk əməliyyatın keçirilməsi
planlaşdırılır. Əməliyyat başlayacağı halda, Jandarma
Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Türkiyə Silahlı
qüvvələri ilə birlikdə Afrinin PYD terror təşkilatından
təmizlənməsində iştirak edəcək.
"Mehmetcik" şəhər döyüşlərinə başlayır – Terrorçuların kabusu sərhəddə ƏMR GÖZLƏYİR
Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun
(ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı”
əməliyyatı çərçivəsində strateji təpələr və yolların üzərindəki
daha bir neçə kəndi ələ keçirib. Türkiyə qırıcıları
Minniğ hava limanı, Maranez və Bafelyum təpələri, həmçinin PYD-nin
Kilisə raket atdığı Darmık dağını bombardman edir.
Türkiyə-Suriya sərhədində yerləşən Bak Ubasi kəndi bu gün səhər
saatlarında terrorçulardan alınıb. Kilisin qərbində yerləşən kəndin
təmizlənməsi ilə səkkizinci cəbhədə əməliyyat başlayıb.
Ötən axşam terrorçu mövqelərinə endirilən aviazərbələr
nəticəsində 22 hədəf məhv edilib, bölgədən əldə olunan məlumata
görə, gedən şiddətli döyüşlərdə ən azı 63 terrorçu
zərərsizləşdirilib. Beləliklə, əməliyyat başlayandan məhv edilən
terrorçu sayının 712-ə çatdığı bildirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı
həmkarı Vladimir Putin arasında telefon danışığı
olub. Liderlər Soçidə keçirilən Suriya Milli Diqaloq
Konqresi, “Zeytin budağı” əməliyyatı və İdlib əyaləti də daxil
olmaqla Suriyadakı proseslər müzakirə edilib.
“Türkiyə Avropa İttifaqı ölkəsi olmamalıdır, amma
onunla strateji əməkdaşlığı inkişaf etdirmək
lazımdır”. Bunu Belçikanın baş naziri Şarl Mişel
Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetində
“Avropa İttifaqının gələcəyi” mövzusunda mühazirəsilə ilə çıxışında
deyib.
O həmçinin Avropa İttifaqı və Türkiyə arasındakı münasibətləri
“mürəkkəb” adlandırıb.
İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya
prezidenti Vladimir Putinlə görüşündə “İran Livanı yüksək
dəqiqlikli raketlərin istehsalı obyektinə çevirmək istəyir və bu
təhdidi qəbul edə bilmərik” deməsinin ardınca müdafiə naziri
Aviqdor Liberman Livanla yeni bir müharibə siqnalı
verdi. O, bütün Beyrutun sığınacaqlarda olacağını
bildirib.
İsraildən müharibə SİQNALI: “Bütün şəhər sığınacaqlarda olacaq”
ABŞ prezidenti Donald Tramp prezident seçildikdən
sonra ilk dəfə Konqresdə çıxış edib. ABŞ prezidenti
bir neçə məsələyə toxunub.
Tramp insanlara qarşı vəhşicəsinə işgəncələrə İCAZƏ VERDİ - ŞOK ADDIM
ABŞ prezidenti Donald Tramp Konqresdə “Ölkənin
vəziyyəti Haqqında” illik nitqində İranla imzalanan nüvə sazişinə
yenidən toxunub. Tramp Konqresdən İranla imzalanan
“dəhşətli nüvə sazişi”nin fundamental çatışmazlıqlarına baxmağı
xahiş edib.
ABŞ-ın nüvə arsenalının müasirləşdirilməsi Vaşinqton
üçün aktual problemdir, amma onun reallaşdırılması sabitləşmiş güc
balansını silkələyə bilər. Bunu Rusiya Elmlər
Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun
əməkdaşı Aleksey Fenenko bildirib.
“Trampın qərarı güc balansını dağıdacaq” – Moskvadan HƏYƏCAN TƏBİLİ
ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilən “Kreml
məruzəsi”nə düşmüş Rusiya milyarderlərinin aktivləri bir gün
ərzində 1,1 milyard dollar ucuzlaşıb. Ən çox zərər
isə arbaycanlı milyarder, Rusiyanın "Lukoyl" neft şirkətinin
prezidenti Vahid Ələkbərov (226 milyon dollar), NLMK-nin
Direktorlar Şurasının sədri Vladimir Lisin (205 milyon dollar) və
dağıstanlı milyarder, “Nafta-Moskva” kompaniyasının sahibi, Rusiya
Federasiya Şurasının senatoru Süleyman Kərimova (102 milyon dollar)
dəyib.
Faiz ifadəsində siyahıda olan Rusiya milyarderlərinin aktivləri
0,3 faiz ucuzlaşıb. “Forbes” onların ümumi sərvətini 420 milyard
dollar qiymətləndirir.
Bununla yanaşı, nəşr qeyd edir ki, ABŞ-ın məruzəsi ona daxil
edilən Rusiya oliqarxları üçün hələ əhəmiyyətli itkilər
gətirməyib.
Xatırladaq ki, yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi Rusiyaya
qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni
dərc edib.
Azərbaycanlı milyarderə Trampın bir gündə vurduğu zərər – ŞOK RƏQƏM
“Kreml məruzəsi” son anda
dəyişdirilib. Bu iddia ilə Atlantik Şurasının
eksperti və sənədin müəlliflərindən biri Anders Oslund söyləyib.
Onun sözlərinə görə, bu sənəddə ilk olaraq Kremlin hesabına sərvət
qazanan sahibkar və oliqarxlar göstərilsə də, son anda
dəyişdirilib:
“Son dəqiqələrdə heç kimin tanımadığı hansısa yüksək vəzifəli
şəxs ekspertlərin bütün işini kənara ataraq, bunun yerinə Rusiya
hakimiyyətindəki yüksək vəzifəli şəxslər və 96 rus milyarderinin
adını yazıb. Bu yüksəkçinli şəxs daha bir hesabat hazırlayan
hökumət ekspertlərini özünə güldürüb. Bununla da CAATSA
qeyri-effektiv sanksiyalara çevrilib”.
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey
Narışkin Ukraynanın bölüşdürülməsini razılaşdırmaq üçün ABŞ-a
Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeo ilə görüşə
gedib. Bu haqda Rusiyanın Liberal Demokrat
Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalın
efirində “60 dəqiqə” proqramında bildirib.
Solsahil Ukrayna Rusiyaya verilir, iki ölkəyə zərbələr endirilir – ŞOK RAZILAŞMA - VİDEO